Ələ keçirilmiş narkotiklərin ümumi çəkisi 27 kiloqram olub

post-img

Ölkədə narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə günümüzün vacib tələblərindəndir. Aprelin 5-də də bu istiqamətdə addımıar atılıb. 

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 27 kiloqrama yaxın narkotik vasitə, həmçinin 250 ədəd metadon həbi və 19 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər