Silah-sursat təhvil götürülüb

post-img

Bakıda və respublikanın ayrı-ayrı rayonlarında silah-sursat təhvil götürülüb. Bu barədə DİN mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

Qeyd olunur ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 5-də onların tədbirləri nəticəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər