“ASAN xidmət” afrikalı liderdəböyük maraq doğurub

post-img

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti ya­nında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. 

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin yaradıl­ması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ət­raflı məlumat verib. Şəffaflığın artırılması və müasir innova­siyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyi­nin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olundu­ğu diqqətə çatdırılıb.

Ali qonağa “ASAN xidmət” modeli ilə bağlı təqdimat edi­lib. Hazırda Azərbaycanın intellektual brendinin ixracı istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əmək­daşlıq edildiyi bildirilib. 

Tanışlıqdan sonra Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso jurnalist­lərə müsahibə verib. 

Prezident Deni Sas­su-Nqesso bildirib ki, “ASAN xidmət” xüsusi bir yanaşma­nın məhsuludur. Bu, bütün əhaliyə həmin xidmətlərin əl­çatanlığını, şəffaflığını təmin edir. Mən Prezident İlham Əliyevə ASAN konsepsiyası­nın təşəbbüskarı olduğuna və onu həyata keçirdiyinə görə öz təbriklərimi çatdırmaq istə­yirəm. Azərbaycan brendi çox mükafatlara layiq görülüb. Burada, həmçinin gənclər, startapçılar bir araya gəlirlər, onlar üçün yaradılan şərait­dən bəhrələnirlər. Ölkəmizin müvafiq dövlət orqanlarının nümayəndə heyətini yaxın zamanda Azərbaycana ezam edəcəyəm ki, gəlib tanış ol­sunlar və qarşılıqlı əlaqələr qursunlar. Bu, ölkələrimiz arasında növbəti əməkdaşlıq sahəsidir. 

Sonra Konqo Preziden­ti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub. 

Prezident Deni Sas­su-Nqessoya “ABAD”çı tərə­findən hazırlanmış xatirə hə­diyyəsi təqdim olunub.

Son xəbərlər