Hərbi qulluqçu və mülki işçilərlə görüş

post-img

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri "N" hərbi hissəsində olub, hərbi qulluqçu və mülki işçilərlə görüş keçiriblər. 

Görüş çərçivəsində Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə maarifləndirici söhbətlər aparılıb. Qeyd edək ki, Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır, hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işləri aparılır.

Son xəbərlər