18 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 22-də ümumi çəkisi 18,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.   
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Məlumatı DİN mətbuat xidməti verib. 

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov”  markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər