Gəncə və Astarada avtomobillər oğurlanıb

post-img

Fevralın 13-də Gəncə şəhəri ərazisində “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti yayıb. 

 Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəi bilinən əvvəllər məhkum olunmuş F.Rəsulov avtomobillə şəhər ərazisində saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Astara rayonunda da avtomobil oğurluğuna cəhd edilib. Siyaku kəndi ərazisində yerləşən avtomobil yuma məntəqəsindən “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Zaidov avtomobillə saxlanılıb. 

Araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər