Silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. 

DİN mətbuat xidmətinin məlumatına görə, fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 83 ədəd patron təhvil götürüblər. 

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatlar da aşkar edilərək götürülüb. Bunlar 1 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd tüfəng, 1 patron darağı və 17 ədəd patrondan ibarət olub.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər