“Sabunçuda seçicilərin yolunu gözləyirik”

post-img

“Son illər ölkəmizdə keçirilən bütün seçkilər şəffaflğına və demokratikliyinə görə, beynəlxalq müşahidəçilər tərəfindən yüksək dəyərləndirilib. Prezident və parlament seçkilərində namzədlərin çoxluğu seçkilərdə öz namizədliyini irəli sürmək üçün hər kəsə şərait yaradıldığndan xəbər verir. Seçki prosesində mövqeyindən asılı olmayaraq hər bir namizədə bərabər səviyyədə şərait yaradılıb. Mən seçki prosesində çalışdığım vaxtdan bunun canlı şahidi olmuşam. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində də belə oldu. On yeddi nəfərin namizədliyi təsdiqlənmişdi. Lakin onlardan 10-u tələb olunan imzanı toplaya bilmədiyindən namizədliyini geri götürdü. Namizədliyi qeydə alınan 7 nəfərə isə təşviqat-təbliğat kampaniyasında bərabər səviyyədə şərait yaradılb”.

Bu fikirləri 26 saylı Sabunçu Birin­ci Seçki Dairəsi DSK sədri Hüseynqulu Ələsgərov bildirdi.

O dedi ki, dairənin nəzdində olan bütün seçki məntəqələri, demək olar ki, seçkiyə hazırlıq işlərini uğurla başa vu­rub. Seçki məntəqələri seçicilərin yolunu gözləyir. Builki seçkilərdə dəqiqləşdirilmiş seçici siyahsına görə 52 min 977 nəfər seçicinin səs verməsi nəzərdə tutulub. Bundan ötrü 37 seçki məntəqəsində hazrlıq işləri tam başa çatb. Kabinələr hazır vəziyyətdədir. Seçki qutuları, gözlə görünməyən mürəkkəb, ultrabənövşəyi lampalar məntəqələrə vaxtında çatdırı­lıb. MSK tərəfindən hazrlanmış təlimatlar, metodiki vəsaitlər, yaddaş kitabçaları və əyani vəsaitlər komissiya üzvlərinin sto­lüstü kitabına çevrilib. Məntəqələr “Yeni nəsil” şəxsiyyət vəsiqələrinin oxunması üçün aparatla təmin olunub. Dəqiqləşdi­rilmiş seçici siyahısı məntəqələrdə əlve­rişli yerdən asılıb. Müşahidəçilərin seçki prosesini izləmələri üçün əlverişli şərait yaradılıb. Yeri gəlmişkən, indiyə qədər 457 müşahidəçi qeydiyyata alınb.

DSK sədri aşağı seçki komissiya üzvlərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün MSK tərəfindən treninqlərin və digər maarifləndirici təd­birlərin də keçirildiyini diqqətə çatdıraraq bildirdi ki, artq treninqlər başa çatb. Ko­missiya üzvləri bəzi sahələri bir də nəzər­dən keçirirlər. İndiyə qədər dairə seçki komissiyasına hər hansı bir şikayət və ya narazılıq daxil olmayıb. ATƏT-in bey­nəlxalq müşahidəçilərinin də dairəyə və seçki məntəqələrinə müşahidələrindən sonra da nöqsan aşkarlanmayıb.

H.Ələsgərov dedi ki, seçki komissi­yalarının üzvləri artıq bildirişləri də ün­vanlara çatdırıblar. Seçkilərin mütəşəkkil keçirilməsi üçün MSK tərəfindən hazır­lanmış seçkiyə çağırış plakatları əhalinin gur olan yerlərində asılıb. Bundan əlavə, MSK tərəfindən hər bir seçicinin mobil te­lefonuna seçkiyə çağırış məqəsdilə SMS göndərilib. 

“Seçkidə şəffaflğın təmin olunması üçün 8 seçki məntəqəsinə veb-kamera­lar quraşdırılb” – deyə DSK sədri sözünə davam edir. Hər bir kəs veb-kamera va­sitəsilə məntəqələrdə seçki prosesini asanlıqla müşahidə edə bilər.

“Bütün bunlar seçkilərin azad, ədalət­li və demokratik keçirilməsi üçün istifadə olunan vasitələrdir. Əminliklə bildirirəm ki, növbədənkənar prezident seçkiləri də əvvəlkilər kimi şəffaf və mütəşəkkil ke­çiriləcək. Azərbaycan demokratik seçki keçirməyə qadir olduğunu bir daha təs­diqləyəcək,” – deyə DSK sədri bidirdi.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər