Milli Məclis Sədrinin ICESCO-nun Baş direktoru ilə görüşü

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. 

Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Sahibə Qafaro­va, ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünya­da sülhün və təhlükəsizliyin təşviqi sahə­sində böyük səylər göstərən mühüm təş­kilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. 

Spiker sivilizasiyalararası dialoqun təşviqi, təhsil və digər sahələrdə gördü­yü işlərə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülmüş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyə­tini xüsusi qeyd edib. 

Milli Məclisin Sədri Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədə­niyyət paytaxtı” elan olunmasından dərin məmnunluğunu ifadə edərək, bunun Şu­şanın İslam sivilizasiyasının mərkəzlərin­dən biri kimi əhəmiyyətini nümayiş etdir­mək üçün yaxşı fürsət olacağını bildirilib. 

ICESCO-nun Baş direktoru rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlı­ğın inkişafında maraqlı olduğunu bildirib. Baş direktor Heydər Əliyev Fondunun İs­lam dünyasında təhsil, elm, mədəniyyət sahələrində gördüyü işləri yüksək qiy­mətləndirib. O, Azərbaycanın ianə ayır­masını onun ICESCO-nun işinə dəstəyi­nin daha bir təzahürü kimi dəyərləndirib. Baş direktor ICESCO-nun işinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İl­ham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib. 

***

Mərakeş Krallığına rəsmi səfər çərçi­vəsində Milli Məclisin Sədri Sahibə Qa­farovanın başçılıq etdiyi parlament nü­mayəndə heyəti Peyğəmbər muzeyi və “İslam və Mərakeş” sərgisi ilə tanış olub. Spiker Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Səfər çərçivəsində nümayəndə heyəti V Məhəmməd məqbərəsinə də gedərək, burada V Məhəmmədin və II Həsənin məzarlarını ziyarət edib.

***

Mərakeşin paytaxtı Rabat şəhərində, ICESCO-nun mənzil qərargahında, Azər­baycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parla­ment nümayəndə heyəti konsertdə iştirak edib. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər