Yanvarın 18-dək bülletenlər hazırlanacaq

post-img

Mərkəzi Seçki Komissiyası tərəfindən növbədənkənar prezident seçkiləriylə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblər 2024-cü il yanvarın 3-dək təsdiqlənəcək.

Bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) Səsvermə gününə azı 35 gün qalanadək
seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsini təmin etməlidir.

2024-cü il yanvarın 28-dək seçki bülletenlərinin hazırlanması təmin edilməldir. 2024-cü il yanvarın 18-dək səsvermə protokolları Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməlidir.

2024-cü il fevralın 3-dək isə səsvermə protokolları dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməlidir.

Son xəbərlər