Dünyada COVİD-19-a yoluxanların sayı məlum olub

post-img

Dünyada son bir ayda COVİD-19-a yoluxanların sayı 13 faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

ÜST-ün məlumatına görə, oktyabrın 23-dən noyabrın 19-dək 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan ölüb.

Ümumilikdə dünyada yoluxma hallarının sayı ötən dörd həftə ilə müqayisədə 13 faiz, ölüm hallarının sayı isə - 72 faiz azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda yoluxma hallarının sayının 14 faiz artması qeydə alınıb, Afrikada və Şərqi Aralıq Dənizində ölüm hallarının sayı müvafiq olaraq 167 faiz və 12 faiz artıb.

Son xəbərlər