Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Bu barədə DİN-in mətbuat xidməti məlumat verib.
Məlumata görə, noyabrın 15-də respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı ov tüfəngi polisə təhvil verilib.
Keçirilən əməliyyat tədbirləri ilə 8 ov tüfəngi isə aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ