Hava proqnozu verən süni intellekt

post-img

Tədqiqatçılar süni intellektin qasırğanı əvvəlcədən proqnozlaşdırmaqla insanların həyatını xilas edə biləcəyi qənaətinə gəliblər. “DeepMind” şirkəti tərəfindən istehsal edilən yeni süni intellekt modeli bu ilin sentyabr ayında baş vermiş Lee qasırğasının Kanadanı üç gün əvvəl vuracağını proqnozlaşdırmışdı.

Alimlər deyirlər ki, süni intellektin proqnoz vermək üçün keçmiş hava hadisələrini təhlil etmək sürəti və qabiliyyəti indiyə qədər istifadə olunan texnologiyalardan çox fərqlidir. Belə ki, bu qurğu səhər bayıra çıxmamışdan əvvəl nə geyinəcəyimizi söyləməklə yanaşı, bizə fırtınalar, daşqınlar və istilik dalğaları kimi ekstremal hava şəraiti barədə də əvvəlcədən xəbərdarlıq edə bilir.    

Qeyd edək ki, “Google”un “DeepMind” şirkəti tərəfindən yaradılmış “GraphCast” adlı yeni süni intellekt modeli Avropa Orta Mənzilli Hava Proqnozu sistemini üstələyərək bir dəqiqədən az müddətdə hava proqnozlarını hazırlayır.

FİDAN 
XQ

 

Son xəbərlər