Qarabağ bölgəsindəki növbəti mülki obyektdə silah-sursat aşkar edilib - VİDEO

post-img

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Nazirlikdən verilən məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.
Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.


Son xəbərlər