ETX vətəndaşlara onlayn hesabların təhlükəsizliyinin təmin edilməsi məqsədilə SMS-lər göndərir

post-img

Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.

Qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır. Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla (www.youtube.com/playlist?list=PL8Q4-gynXGxAdI1YgAml7i5VFwLVzMyLs) bu linkdə tanış olmaq mümkündür.

Elektron Təhlükəsizlik Xidməti gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.

 

 

 

Son xəbərlər