Azərbaycana yeni elektrik avtomobili – RD6 gətirilir

post-img

Azərbaycanın ən böyük avtomobil idxalçılarından olan “Əfəndilər Group MMC” Geely Holding Group-a məxsus olan “RADAR Auto” şirkəti ilə distribütorluq müqaviləsi imzalayıb.

Şirkət dünyada yeganə tam elektrikli, pikap gövdəli avtomobil istehsalçısıdır. RD6 adlanan avtomobil modeli ən son texnoloji üstünlüklərə malikdir. İstənilən hava və yol şəraitində özünü doğruldan bu model 86 kWh batareya ilə təchiz olunub.

Bu da tam şarj ilə 550 km məsafə qət etmək imkanı verir. 

Bu modelin uzunluğu 5260 santimetr, eni 1900 santimetr və hündürlüyü isə 1865 santimetrdir. Yükdaşıma hissəsi 1200 litr həcmindədir. 58500 AZN-dən başlayan qiymətlərlə RD6 modelinin yaxın zamanda Azərbaycanda satışına start veriləcək. 

Qeyd edək ki, “RADAR Auto” gələcəkdə də öz yeni model sıralaması ilə Azərbaycan avtomobil bazarında yeniliklərə imza atacaq.

 

Son xəbərlər