“Könüllülər üçün insan resurslarının idarəedilməsi üzrə baza təlimləri” layihəsi başa çatıb

post-img

“Könüllülər üçün insan resurslarının idarəedilməsi üzrə baza təlimləri” layihəsi başa çatıb.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və AİRA-nın tərəfadaşlığı ilə baş tutub.
 
2 ay müddətində davam edən layihənin əsas məqsədi gənclər arasında insan resurslarının əsas funksiyalarını, mahiyyətini aşılamaq, iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalını inkişaf etdirməkdir.
 
Layihə müddətində iştirakçılar üçün 4 modul üzrə praktiki təlimlər təşkil olunub:
 
“İnsan resurslarının idarə edilməsi”
“İşə  qəbul və seçim mərhələləri”
“Əmək məcəlləsi və kadr kargüzarlığı”
“Əmək haqqının hesablanması”
 
Qeyd edək ki, layihədə 16-25 yaş aralığında qeydiyyatdan keçmiş, ali təhsilli və bu sahədə karyera qurmaq istəyən 30 gənc iştirak edib.





















Son xəbərlər