Mərakeşin milli bayramı qeyd olunub

post-img

Mərakeşin milli bayramı – Taxt-Tac Günü münasibətilə iyulun 31-də Bakıda rəsmi qəbul təşkil edilib.

Azərbaycanla Mərakeş arasındakı möhkəm dostluq əlaqələrindən danışan Mərakeşin səfiri Məhəmməd Adil Embarş deyib: “Ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasında Ulu öndər Heydər Əliyevin böyük rolu var. Ümummilli liderdən sonra bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərə­findən uğurla davam etdirilir”.

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-quliyev bay­ram münasibətilə Mərakeş xalqını Azər­baycan hökuməti adından təbrik edib. 

“İki ölkə arasında siyasi müstəvidə də əlaqələrimiz yüksək səviyyədədir, siyasi məsləhətləşmələr aparılır. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Beynəlxalq səviyyədə də əməkdaşlığımız uğurla davam etdiri­lir”, - deyə o vurğulayıb.

Tədbir ziyafətlə davam edib.

 

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

Son xəbərlər