Azərbaycan və Moldova Baş prokurorluqları anlaşma memorandumu imzalayıb

post-img

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluqda keçirilmiş ikitərəf­li görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaş­lıq münasibətlərinin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.

Baş prokuror ölkəmizdə hüquq qay­dasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına mə­lumat verib. İon Muntyanu göstərilən yük­sək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Moldova prokuror­luqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəru­riliyindən və perspektivlərindən danışıb.

Daha sonra baş prokurorlar ölkələri­miz arasında hüquqi əməkdaşlığın güc­ləndirilməsi, mövcud əlaqələrin gələcək­də daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memo­randumu imzalayıblar.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər