Türkiyə xarici işlər naziri Azərbaycana səfər edəcək

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, o, iyulun 5-6-da Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görüşünə qatılacaq.

Nazir həmçinin toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasında və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.

"Xalq qəzeti"

Son xəbərlər