Fazil Mustafanın müalicəsi davam edir

post-img

Evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib, hazırda müalicəsi davam edir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Fazil Mustafanın əməliyyatdan sonrakı durumu ilə bağlı AZƏRTAC-ın sorğusunu cavablandıraraq bildiriliblər. “Hazırda F.Mustafa həkim müşahidəsi altındadır”, - deyiblər.

Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib.

Onun üzərində Kliniki Tibbi Mərkəzdə əməliyyat aparılıb.

Son xəbərlər