Azərbaycan və Ermənistan tezliklə sülh razılaşması əldə edə bilərlər.
TASS-a istinadən Caliber.az yazır ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı deyib: “İnanıram ki, belə bir fürsət var, onu şişirtmək istəmirəm, amma sülh sazişinin hazırlanmasını həqiqətən başa çatdırmaq imkanı var”.
“Bu il Münhendə təhlükəsizlik konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu yaxınlarda Vaşinqtonda olublar. Mən onların qayıtmasını gözləyirəm. Biz sazişin mətni üzərində işlədik”, -deyə Blinken bildirib.