Azərbaycanda MONEYVAL Qiymətləndirilməsi başa çatıb

post-img

Azərbaycanın qarşılıqlı qiymətləndirilməsi çərçivəsində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndiricilərindən ibarət missiya qrupu martın 1-15-də Azərbaycana onsayt səfər həyata keçirib. 


Maliyyə Monitorinqi Xidmətindən qəzetimizə bildirilib ki, prosesin məqsədi 2013-cü il Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) metodologiyasına uyğun olaraq, ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində beynəlxalq standartlara texniki uyğunluğunu və bu sahədə siyasətin effektiv icrasını qiymətləndirməkdir. 
Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov tədbirin açılışında qiymətləndirmə qrupu və ölkənin ƏL/TMM sistemində cavabdeh orqanların əməkdaşları ilə görüşüb. Açılışda, həmçinin qiymətləndirmə missiyasının rəhbəri İrina Talianu iştirakçıları salamlayıb, qiymətləndirmə prosesinin nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb və müsahibələrdə onlara müvəffəqiyyətlər arzulayıb. 
Qiymətləndirmənin sonunda ­MONEYVAL Katibliyi tərəfindən Əsas Nəticələr sənədi bütün iştirakçılara təqdim edilib. Hesabatın 2023-cü ilin dekabrında MONEYVAL-ın 66-cı plenar iclasında müzakirəsi və qəbulu planlaşdırılır.


“Xalq qəzeti”

Son xəbərlər