Təmsilçilərimizin fəlakət bölgəsinə səfəri davam edir

post-img

Türkiyədə baş verən zəlzələyə görə yaradılmış “Qardaş Köməyi” platforması təmsilçilərinin fəlakət bölgəsinə səfəri davam edir.

Bu gün gün  platformanın təsisçilərindən biri, “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli Türkiyə Jandarm Qüvvələri komandanı Arif Çətinlə görüşüb.


Emin Həsənlinin verdiyi məlumata görə, görüş Qəhrəmanmaraş bölgəsində Jandarm Qüvvələrinin Mobil Hərəkət Mərkəzində baş tutub.
“Arif Çətin yaranmış vəziyyətlə bağlı, fəlakətin aradan qaldırılması ilə bağlı məlumat verdi. O, Azərbaycanın bu çətin günlərdə Türkiyəyə göstərdiyi qardaşlıq köpməyini yüksək qiymətləndirdi. Həm humanitar yardımlar, həm xilasedicilərin bölgədə gördüyü işlər, həm də hazırda zəlzələ nəticəsində ağır durumda olan insanlara yardıma gəlmiş könüllülərin işini yüksək qiymətləndirən Arif Çətin bu qardaçlıq köməyinin heç vaxt unudulnmayacağını bildirdi. O, Azərbaycan FHN-nin xilasedicilərinin həm peşəkarlığının, həm də malik olduqları avadanlıqların xilasetmə işlərinin keyfiyyətlə yerinə yetirmələrində əsas şərt olduğunu da xüsusi qeyd etdi.


Mən də öz növbəmdə fəlakətin aradan qaldırılması üçün bundan sonra da “Qardaş Köməyi” platforması olaraq yardımların davam etdiriləcəyini bildirdim”.


Emin Həsənli söhbət əsnasında Arif Çətinin biz zamanlar Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müşavir kimi xidmət etdiyi zamanları da xatırladığını bildirib: “Arif Çətin Azərbaycanda xidmət etdiyini xatırladı və bildirdi ki, qısa müddətdə çox inkişaf etdiyini bildirdi. VƏ qeyd etdi ki, Qarabağ zəfəri də məhz bu inkişafın nəticəsi idi”.



Son xəbərlər