Rusiya sülhməramlılarının avtomobil karvanının aksiya ərazisindən sərbəst keçidi təmin olundu

post-img

Bu gün Rusiya sülhməramlılarına məxsus 17 avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, sülhməramlıların Xankəndidən gələn 15-i yük, 2-si isə minik avtomobili hazırda Laçın istiqamətində hərəkət edir.

Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 72-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 35-ə çatıb.







Son xəbərlər