Dəniz daşımaları – 2,7 milyon ton!

post-img

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə 2 milyard 564 milyon 663,7 min ABŞ dolları dəyərində 2 milyon 680 min 908,9 ton yük daşınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilə nisbətən müvafiq olaraq 3,1 faiz və 4,5 faiz azdır.

Hesabat dövründə dəniz nəqliyyatı ilə 171 milyon 460 min dollar (76,4 faiz çox) dəyərində 261 min 470,2 min ton (2,7 dəfə çox) yük ixrac olunub, 2 milyard 393 milyon 203,6 min dollar (6,2 faiz az) dəyərində 2 milyon 419 min 438,7 ton (11 faiz az) yük idxal olunub.

XQ

İqtisadiyyat