İqtisadiyyat Nazirliyinin əməkdaşları uşaq sığınacağında olublar

post-img

İqtisadiyyat Nazirliyinin əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Ümid yeri” uşaq sığınacağında olublar. Tədbir çərçivəsində uşaqlar üçün xüsusi olaraq əyləncəli və yaradıcı proqram təşkil olunub. Əməkdaşlar uşaqlarla birgə müxtəlif oyunlarda iştirak edərək onları sevindiriblər.

İqtisadiyyat Nazirliyinin kollektivi adından uşaqlara hədiyyələr təqdim olunub.

İqtisadiyyat