Mərkəzi Bankın məlumatına görə, fərdi sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin depozitləri də daxil olmaqla əhalinin banklardakı əmanətləri yanvar ayında ən pik həddə çataraq 14 milyard 699 milyon manat (2024-cü il dekabr ayı ilə müqayisədə 0,2 faiz və ya 36,8 milyon manat çox) təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin 66 faizi (9,5 milyon manat) milli valyutada, 34 faizi (4,10 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60,8 faizi (8,9 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətlərinin həcmi hazırda 1,7 faiz və ya 146 milyon manatdır.
Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirib.