Sığorta sektorunun strateji prioritetləri müzakirə edilib

post-img

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.

AMB-dan bildirilib ki, görüş zamanı sığorta sektoru üzrə 2024-cü ilin nəticələri və cari il üçün strateji prioritetlər müzakirə edilib.

Həmçinin yaxın və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat