KOB evləri sahibkarlara 455 min xidmət göstərib

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən  XQ-yə verilən məlumata görə,  ötən il ərzində  Bakı, Yevlax və Xaçmaz  KOB evlərində  sahibkarlara 455 min xidmət göstərilib. Xidmətlərin 400 minini dövlət (“G2B”), 48 mindən çoxunu isə biznes qurumları (“B2B”) gerçəkləşdirib. 

KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət olunub. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faizə yüksəlib.     

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir. Burada, ümumilikdə, 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. 

İqtisadiyyat