Gələcəkdə “3+3” platforması Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tamhüquqlu təşkilata çevrilə bilər.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
“Biz regiondakı bütün ölkələrin maraqlarının üst-üstə düşməsi baxımından “3+3” regional əməkdaşlıq platformasına mühüm yer ayırırıq. Onun Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tamhüquqlu təşkilata çevrilməsi üzərində işləyirik”, - deyə o bildirib.
M.Qaluzinin sözlərinə görə, Moskva əvvəllər olduğu kimi, indi də Ermənistan-Azərbaycan münasibətlərinin bütün istiqamətlər üzrə normallaşmasına yardım etməkdən boyun qaçırmır”.