Ölkəmizdə də “Halal” sertifikat veriləcək

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumunda akkreditasiyadan keçib. Bununla da AZSTANDART beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatı vermək hüququ əldə edib.

İnstitutdan aldığımız məlumata görə, “Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqi, həmçinin istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi, eləcə də həmin məhsullarla bağlı etimadın formalaşdırılması, habelə halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

Xatırladaq ki, 2022-ci ildən etibarən Azərbaycanın İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatında üzvlüyü təmin olunub. Bununla da AZSTANDART Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumunun 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçiliyə başlayıb. İndiyədək

AZSTANDART-da halal məhsullar və xidmətlərlə bağlı adıçəkilən qurumun standartları əsasında 6 yeni dövlət standartı qəbul edilib.

İqtisadiyyat