Sığorta şirkətlərinin investisiyaları 6 faiz artıb

post-img

Bu ilin I yarısında ölkəmizdəki sığorta şirkətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 6 faiz (94 milyon manat) artaraq iyulun 1-nə 1 milyard 602 milyon manata çatıb.

Mərkəzi Bankın “2024-cü ilin I yarısı üzrə maliyyə sabitliyi hesabatı”na əsasən, sığorta şirkətlərinin investisiyalarında artım əsasən, dövlət qiymətli kağızları (100 milyon manat) hesabına yaranıb. Ümumilikdə, həyat sığorta şirkətlərinin vəsaitlərinin 91 faizini, qeyri-həyat sığorta şirkətlərinin vəsaitlərinin isə 77 faizini investisiya portfeli təşkil edib. Sığorta şirkətlərinin investisiya vəsaitləri daha çox dövlət qiymətli kağızlarından və bank vəsaitlərindən ibarət olub.

Bu ilin yanvar-iyun aylarında sığorta sektoru investisiya fəaliyyətindən 58 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 8 faizini təşkil edir.

İqtisadiyyat