İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bu ilin 8 ayında dövlət büdcəsinə 11 milyard 227,5 milyon manat vergi daxil olub.
Qurumun mətbuat xidmətinin məlumatına görə, hesabat dövründə vergi daxilolmalarının 7 milyard 744 milyon manatı və yaxud 69 faizi (2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 879 milyon manat və ya 12,8 faiz çox) qeyri-neft-qaz sektorunun, 31 faizi isə neft-qaz sektorunun payına düşüb.