“ƏDV geri al” – 116 milyon manat

post-img

Bu ilin yanvar–avqust aylarında pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdikləri tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 116 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Döv­lət Vergi Xidmətinin bu barədə yaydığı məlumatda bildirilib ki, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndiril­məsi nəticəsində fiziki şəxs olan istehlak­çıların Azərbaycan Respublikasının əra­zisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldıqları yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması prosesi davam edir. 

Xatırladaq ki, 2024-cü ilin yanvar–avqust aylarında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 14 milyon 411 min manat təşkil edib.

İqtisadiyyat