Ötən ay Dövlət Neft Fondu dollar satışını 3 dəfəyədək artırıb

post-img

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 826,3 milyon dollar məbləğində vəsait satılıb.

AZƏRTAC fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 3 dəfəyədək (272,7 milyon dollar) artım deməkdir.

Cari ilin iyun ayı ilə müqayisədə isə fond valyuta satışını 2 dəfə artırıb.

İqtisadiyyat