Birinci rüb – 22,5 min yeni iş yeri

post-img

Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, 2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb. Məlumata əsasən, bu dövrdə yaradılmış iş yerlərinin 94,1 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 80 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikası­nın, 18,3 faizi digər regionların, o cümlədən 5,5 faizi Abşeron-Xı­zı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,6 faizi Şirvan-Salyan, 1,4 faizi Şəki-Zaqatala, 1,1 faizi Qa­zax-Tovuz, 1,1 faizi Quba-Xaç­maz, 1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Qarabağ, 0,6 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqti­sadi rayonlarının payına düşüb.

XQ

İqtisadiyyat