Sumqayıt Kimya Sənaye Parkında karton istehsalatı

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing Industry” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karton istehsalına başlayıb.

QSC-nin bununla bağlı yayılan məlumatına görə, müəs­sisə karton istehsalı üçün tələb olunan xammalı Rusiyadan alır. Artıq Rusiyadan 560 ton xammal gətirilib.

Hazırda istehsal edilən məhsul daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. QSC daxili bazar tələbatının 30-40 faizini ödəməyi planlaşdırır. İstehsal olunan karton qida məhsulları, məişət texnikası və s. qablaşdırılması üçün isti­fadə edilir. Kartonlar müştərilərin sifarişlərindən asılı olaraq müxtəlif ölçüdə hazırlanır.

Qeyd edək ki, “UPI - Universal Packing Industry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkı­nın rezidenti statusu verilib. Müəssisənin ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıqdır. Zavod 2023-cü ilin okt­yabr ayından fəaliyyətə başlayıb. 

XQ

İqtisadiyyat