Qətər Mərkəzi Bankı ilə əməkdaşlıq perspektivlər müzakirə olunub

post-img

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti Doha şəhərində Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səid Al Tani ilə görüşüb.

Görüş zamanı hər iki ölkədə maliyyə sektorunun cari vəziyyəti və aparılan islahatlar, həmçinin ölkələr arasında, xüsusən mərkəzi banklar, eləcə də maliyyə sektoru arasında qarşılıqlı əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr aparılıb.



İqtisadiyyat