11 ayda neft və qaz satışından 7,7 milyard dollar qazanc əldə olunub

post-img

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-noyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından əldə etdiyi gəlirləri açıqlayıb.

ARDNF-nın yaydığı məlumata əsasən, hesabat dövründə AÇG yataqlar blokundan  6 milyard 353 milyon 80 min dollar gəlir edilib. İlin 11 ayında fondun “Şahdəniz” yatağı üzrə qazancı 1 milyard 308 milyon dollar təşkil edib ki, bunun da 324 milyon 396 min dolları kondensat satışından əldə olunub. 

XQ

İqtisadiyyat