Avropa Enerji Tənzimləyiciləri Şurası təcrübəsini bölüşüb

post-img

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri üçün Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertlərinin iştirakı ilə növbəti seminar təşkil edilib.

Tədbir Avropa İttifaqının “EU4Energy” proqramının II mərhələsi–“Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsi çərçivəsində reallaşıb.

İki gün davam edən seminarda adıçəkilən beynəlxalq qurumun ekspertləri elektrik və qaz təchizatı şəbəkəsində xidmət keyfiyyətinin, etibarlılığının və dayanıqlığının qiymətləndirilməsi, habelə texniki və kommersiya keyfiyyəti, eləcə də təchizat davamlığı ilə bağlı Avropa təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüblər.

Seminarda təqdim olunan mövzularla bağlı birgə fikir mübadiləsi aparılıb.

XQ

İqtisadiyyat