Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 25,5 faizi həcmində və ya 9 milyard 377,7 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Bu, 2023-cü ilin proqnozuna nisbətən 489,3 milyon manat və ya 5,5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 2 milyard 114,7 milyon manat və ya 29,1 faiz çoxdur.
2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,4 faiz-bənd, mütləq ifadədə isə 3796,4 milyon manat və ya 1,7 dəfə artıb.