Fermerlərə ayrılan subsidiya mənfəət vergisinə cəlb edilirmi?

post-img

Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sə­naye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsul­larının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri cari ilin yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azaddır.

Dövlət Vergi Xidmətindən aldığı­mız məlumata görə, qeyd olunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabı­na kənd təsərrüfatı məhsullarının isteh­salı ilə məşğul olan hüquqi şəxsə ay­rılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azaddır.

XQ

İqtisadiyyat