Azərbaycan neftinin ixracında İtaliya liderdir

post-img

7 ayda 19 ölkəyə 15,5 milyon ton “qara qızıl” satılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 milyon 775 min ABŞ dolları dəyərində 6 milyon 47 min ton neft ixrac edib. Bununla da İtaliya ölkəmizin ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, Azərbay­canın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesa­bat dövründə bu ölkəyə 822 milyon 483 min dollar dəyərində 1 milyon 355 min ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hin­distan tutur. Ötən 7 ayda bu ölkəyə 666 min dollar dəyərində 1 milyon 125 min ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat döv­ründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Si­yahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 9 milyon 446 min dollarlıq 15 milyon 541 ton neft ixrac edilib. 

“Xalq qəzeti”

İqtisadiyyat