İyun ayında Türkiyənin Rusiyadan idxalı sanksiyalardan əvvəlki səviyyəyə düşüb

post-img

2023-cü ilin iyun ayında Türkiyənin Rusiyadan idxalı 2,91 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin oktyabrından bəri ən aşağı aylıq göstəricidir. Enerji idxalı pul ifadəsində 20% azalıb.

RBK Türkiyə Statistika İnstitutunun məlumatlarına diqqət çəkib. İyun ayında Rusiya mallarının idxalı may ayına nisbətən pul ifadəsində 36%, 2022-ci ilin iyun ayına nisbətən isə 43% azalıb. Altı ayda Türkiyəyə 24,7 milyard dollarlıq məhsul (2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,8% az) tədarük edilib.

Çin iyun ayında Türkiyənin ən böyük tədarükçüsü kimi Rusiyanı geridə qoyub. Amma altı ay ərzində idxalın payına görə Rusiya birinci yerdə(13,4%), Çin isə ikinci yerdədir (12%).

Enerji resursları Rusiyadan idxalın 60%-dən çoxunu təşkil edir. May ayına qədər onların tədarükləri pul ifadəsində 20% azalaraq 1,76 milyard dollara, konfidensial maddələrin, o cümlədən neftin də daxil olduğu malların alışı ötən ayla müqayisədə 18% azalaraq 655 milyon dollara düşüb.

Fiziki baxımdan Türkiyə iyunda bütün ölkələrdən təxminən 3 milyon ton xam neft idxal edib. Bu, may ayı ilə müqayisədə 22% çoxdur, 2022-ci ilin iyun ayı ilə müqayisədə isə 5% azdır. Pul ifadəsində və təchizatçı ölkələr üzrə ümumi idxal açıqlanmır. Ekspertt Andrey Qnidçenkonun fikrincə, Rusiyanın idxalda payının azalması enerjinin qiymətinin aşağı düşməsi ilə izah oluna bilər.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat