Niger Aİ-yə uran tədarükünü dayandırır və qonşularından dəstək alır

post-img

Ötən həftənin sonunda hərbi çevriliş baş verən Nigerin yeni hökuməti Fransa və Avropa İttifaqının digər ölkələrinə uran tədarükünü dayandırdığını elan edib.

NEWSru.co.il-in məlumatına görə, Niger dünyanın yeddinci ən böyük uran filizi istehsalçısı və dördüncü ən böyük uran filizi ixracatçısıdır. Niger uranı Fransanın aldığı uranın əhəmiyyətli bir hissəsini və Avropa İttifaqının aldığı bütün uranın təxminən beşdə birini təşkil edir.

Bu arada Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) təhdidi fonunda,  icmanın iki keçmiş üzvü, Burkina Faso və Mali də Niger ordusuna dəstək verəcəklərini açıqlayıb. Əlcəzair də üsyançılara dəstək verdiyini bəyan edib.

Qeyd edək ki, Nigerdə ​​1500-ə yaxın Fransa, 1000-ə yaxın Amerika hərbçisi yerləşir. Lakin hələlik Paris və ABŞ güc tətbiq etməməyə üstünlük verir, diplomatiya və maliyyə təzyiqi ilə məhdudlaşırlar.

S.ELAY,

"Xalq qəzeti"

Dünya