İslam ölkələrinin investorları bərpa bölgəsinə dəvət edilib

post-img

İyulun 17-18-də Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası keçirilib. 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfede­rasiyasının prezidenti Məmməd Musayev tədbirin Bakıda təşkil edilməsinə görə Di­rektorlar Şurasına təşəkkürünü bildirib. İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının bir neçə böyük beynəlxalq fo­rumların təşkilatçısı olduğunu qeyd edən M. Musayev “Dayanıqlı kənd təsərrüfatı forumu”nun illik əsasda Azərbaycanda ke­çirilməsi ilə bağlı qərarın ölkəmizdə aqrar sektorun inkişafına böyük töhfə verəcəyini vurğulayıb. 

Hazırda Azərbaycanın böyük bey­nəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran konfederasiya rəhbəri deyib ki, ölkəmizin inkişafı, regionda və dünyada söz sahibinə çevrilməsi Prezi­dent İlham Əliyevin apardığı ardıcıl si­yasətin nəticəsidir. Qeyd edilib ki, 44 gün­lük Vətən müharibəsində tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdı­ğı yeni reallıqlar şəraitində ölkəmizin iqti­sadi inkişaf modeli də bu reallıqlara uyğun olaraq təkmilləşdirilib. Bu məqsədlə 2030-cu ilədək müəyyən olunmuş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər qəbul edilib. Eyni zamanda, “2022-2026-cı illərdə so­sial-iqtisadi inkişaf Strategiyası” çərçivə­sində işğaldan azad edilmiş ərazilərə “Bö­yük Qayıdış” Dövlət Proqramının icrasına başlanılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sənaye, kənd təsərrüfatı, ti­carət və xidmət sektorlarını əhatə edən 80-ə yaxın investisiya layihəsinin icrasına başlanıldığını vurğulayan M.Musayev İs­lam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası ölkələrinin investorlarını da Qara­bağda əməkdaşlığa dəvət edib.

Azərbaycanda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verən İqtisadiy­yat nazirinin müavini Sahib Məmmədov bildirib ki, müsəlman ölkələrin potensia­lını nəzərə alaraq İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv olan ölkələrlə əməkdaşlığın daha da genişlən­dirilməsinə ehtiyac var. Ötən illərdə Azər­baycanın ICCIA -ya üzv olan dövlətlərlə münasibətlərinin xeyli möhkəmləndiyini bildirən nazir müavini ölkəmizdə sosial-iq­tisadi siyasətin uğurla həyata keçirilməsi məqsədilə lazımi mexanizmlərin möv­cudluğunu, eləcə də investisiyaların cəlbi üçün əlverişli mühitin yaradıldığını diqqətə çatdırıb. 

Onun sözlərinə görə, son 20 ildə Azər­baycanda milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb, iqtisa­diyyatın orta artım tempi dünya üzrə orta göstəricidən 4 faiz bəndi yüksək olub və ölkəmiz yuxarı orta gəlirli dövlətə çevrilib. Qeyd olunub ki, ötən dövrdə ölkənin stra­teji valyuta ehtiyatları 41,9 dəfə artıb, özəl sektorun ÜDM-də payı 83 faizi ötüb, məş­ğulluq səviyyəsi 78 faizə yaxınlaşıb. 

Kiçik Orta Biznesin İnkişafı Agentliyi­nin sədri Orxan Məmmədov çıxışında in­diyədək 1493 şirkətdən Azərbaycanın iş­ğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün KOBİA-ya müraciət daxil olduğunu bildirib ki, bunların da 490-ı 37 ölkədən olan xarici investorlardır. Agentlik sədri Qarabağda biznes fəaliyyəti ilə məş­ğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlə­rin müraciətlərini əlaqələndirməyə hazır olduğunu diqqətə çatdırıb. 

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov isə bildirib ki, Azərbay­can fəal biznes siyasəti ilə qlobal bazarda mövqeyini möhkəmləndirir. Nazir müavini qeyd edib ki, Azərbaycanda istehsal olu­nan məhsullar öz keyfiyyətinə görə rəqa­bətədavamlıdır və ölkəmiz qlobal bazar­larla ticarət əməkdaşlığını genişləndirmək istəyir. 

İslam Ticarət Sənaye və Kənd Təsər­rüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tərəflər arasında 4 vacib sənəd imzalanıb. Həmin sənəd­lərə İslam Palatasının Halal Xidməti ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında memorandum, Mavritaniya Ticarət Pa­latası ilə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında memoran­dum, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İs­lam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında memorandum, eləcə də ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və “Caspian Event Organisers” MMC arasın­da memorandum daxildir. 

Dünən iqtisadiyyat naziri Mikayıl Cab­barov özünün “Tvitter” hesabında Azər­baycan və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələr arasın­da iqtisadi-ticarət əlaqələrinin genişlən­dirilməsinin müzakirə edilməsi ilə bağlı paylaşım edib. “İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Di­rektorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticarət əlaqələri­nin genişləndirilməsi imkanları barədə fi­kir mübadiləsi apardıq”,– deyə nazir qeyd edib.

Yeri gəlmişkən, İslam Ticarət, Səna­ye və Kənd Təsərrüfatı Palatasının sədri Abdullah Saleh Kamel jurnalistlərə açıqla­masında deyib ki, İslam ölkələrinin Azər­baycanda investisiya layihələri həyata keçirmək potensialı böyükdür. Ölkəmiz­də mövcud imkanların, əlverişli iqtisadi mühitin investisiya layihələrinin həyata keçirilməsinə imkan verdiyini vurğulayan sədr onu da bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın işğaldan azad olun­muş ərazilərində investisiya imkanlarının dəyərləndirilməsini mümkün hesab edir.

Xatırladaq ki, İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasında 57 üzv ölkə təmsil olunur. Həmin ölkələrin ümumi ərazisi 31,8 milyon kvadratkilometrdən, əhalisi isə 1 milyard 990 milyon nəfərdən çoxdur. Dünyanın quru sahəsinin 6,2 faizi və əhalisinin 23,8 faizi bu ölkələrin payına düşür. Palataya üzv ölkələrin ümumi daxi­li məhsulunun (ÜDM) illik dəyəri 9 trilyon ABŞ dollarından çoxdur. Bu isə ÜDM-in 9 faizini təşkil edir. Yeri gəlmişkən, Azərbay­canın xarici ticarət dövriyyəsinin 18 faizi və yaxud 9,3 milyard ABŞ dolları məhz İs­lam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.

Paytaxtımızda keçirilən növbəti iclas­da 20 üzv ölkədən 100-ə yaxın nümayən­də heyəti təmsil olunub. Səudiyyə Ərəbis­tanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən Palata üzv­ləri və İslam ölkələrindən olan sahibkarlar 2 gün ərzində Bakıda müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında və B2B görüşlərdə iştirak ediblər. Bununla yana­şı, qonaqlar bir neçə iri kənd təsərrüfatı müəssisəsinə baş çəkib, əməkdaşlığa dair sənədlər imzalayıblar.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat