20 ildə strateji valyuta ehtiyatları 41,9 dəfə artıb

post-img

Ümummilli lider Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi və bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində bir sıra önəmli islahatlar həyata keçirib. Heydər Əliyev dahi siyasi xadim olmaqla yanaşı, uzunmüddətli dövr üzrə sosial iqtisadi inkişaf strategiyasının müəllifidir. 

Məhz ulu öndərin həyata keçirdiyi sosial-iqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik bərpa olunub, inflyasiya üçrəqəmli səviy­yədən təkrəqəmli səviyyəyə düşüb, büdcə kəsiri dəfələrlə azalıb, manatın məzənnəsi sabitləşib və bank sistemi sağlamlaşdırılıb. Bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov ümummilli lider Heydər Əliyevin 100 illik yubile­yinə həsr edilmiş tədbirdə deyib.

Sədr, həmçinin vurğulayıb ki, ulu öndərin əzmkarlığı və fədakarlığı ilə yaradılan iqtisadi potensial əsasında onun layiqli davamçısı Prezident İlham Əliyev qızıl inkişaf dövrünə nail olub. Onun qarşıya qoyduğu dayanıqlı iqti­sadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günümüzün reallığına çevrilib. 

Taleh Kazımov daha sonra bildirib: “2003-cü ildən başlayaraq son 20 ildə həyata keçirilən strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ix­rac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyə­dən 4 faiz yüksək olub. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fi­ziki və texnoloji infrastrukturu tamamilə müasirləşdirilib”. 

“Xalq qəzeti”

İqtisadiyyat