Lamiyə Vəliyevanın yeni ölkə rekordu

post-img

Azərbaycan atleti Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, idmançı buna qapalı məkanda keçirilən 42-ci Azərbaycan çempionatında nail olub.

O, böyüklər arasında 200 metr məsafəyə qaçışda 24.64 saniyə nəticə göstərib.

Qabil YUSİFOĞLU
XQ

İdman