19 yaşlı Dünya çempionumuz

post-img

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. İdmançımız finalda Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.

O, bununla da Azərbaycanın ən gənc Dünya çempionu kimi tarixə düşüb.

Azərbaycan Boks Federasiyasının Çempionlar və Veteranlar Komitəsinin sədri Vüqar Ələkbərov mətbuata açıqlamasında bildirib ki, Sübhanın uğuru Azərbaycan Boks Federasiyasının idmançılara göstərdiyi qayğı və diqqətdən irəli gəlir. Onlara hər cür şərait yaradılıb. Boksçular daim təlim-məşq toplanışlarında, yarışlarda iştirak edirlər.

Qeyd edək ki, Dünya çempionatında ölkəmiz 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.

Qabil YUSİFOĞLU
XQ

İdman